Ərazilərə qeyri-qanuni tullantı boşaldan şəxslər cərimələndi – Bakıda

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Bakı şəhərində “Ətraf mühitin mühafizəsi haqqında” qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

ETSN-in mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, reyd zamanı Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində İlqar Hüseynova məxsus “Ford” markalı 99-XX-180 və Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində Asif İskəndərova məxsus “Kamaz” markalı 90-JA-219 dövlət qeydiyyat nişanlı avtomobillərin sözügedən ərazilərə qeyri-qanuni tullantı boşaltdığı aşkar edilib.

Faktla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilərək fiziki şəxs qismində hər biri inzibati qaydada 500 manat məbləğində cərimə olunub.

COP29