Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2013-cü ildən bəri ilk dəfə fevralın 14-də Misirə səfər edəcək.
Yenicag.az xəbər verir ki, Ərdoğanın Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə keçirəcək danışıqlarında əsas müzakirə mövzusu Qəzzadakı fələstinlilərə yardım və müharibəyə son qoymaq üçün atılacaq addımlar olacaq.
Xatırladaq ki, ölkələr ötən ilin iyulunda səfirlər səviyyəsində diplomatik münasibətləri bərpa ediblər./Oxu.az/