Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra Misirə rəsmi səfər edəcək.
Yenicag.az xəbər verir ki, səfər fevralın 14-də baş tutacaq.
Qeyd edək ki, Misirdəki dövlət çevrilişindən sonra iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi. Yalnız ötən il qarşılıqlı şəkildə səfir təyinatı ilə münasibətlərin bərpası yönündə addım atılmışdı.