Ərdoğan 12 ildən sonra İraqa səfər edəcək

Türkiyə Xarici İşlər Nazirliyi İraq tərəfi ilə prezident Rəcəb Tayyib Ərdoğanın İraqa gözlənilən səfərini müzakirə edir.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalistlərə Bağdadda səfərdə olan Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız məlumat verib.

“Sabah İraq Xarici İşlər Nazirliyində həmkarlarımızla görüşlər keçirəcək və ikitərəfli əlaqələri müzakirə edəcəyik. Biz yaxın gələcəkdə baş tutacaq xarici işlər nazirlərinin görüşünə, eləcə də prezidentimizin İraqa səfərinə hazırlıq görəcəyik”, – TRT telekanalı Yıldızın sözlərindən sitat gətirib. Diplomat aydınlaşdırıb ki, söhbət Ərdoğanın “aprelin sonuna qədər” İraqa səfərindən gedir.

“Plana əsasən, səfər aprelin sonuna qədər baş tutacaq. Sonuncu dəfə prezidentimiz, o vaxtkı baş nazir İraqa 2012-ci ildə səfər etmişdi. O vaxtdan bəri İraq rəhbərliyinin Ankaraya səfərləri olub, amma dövlət səviyyəsində deyil. İndi belə bir səfərin vaxtı çatıb”, – Yıldız bildirib.

Beləliklə, bu, Türkiyə liderinin son 12 ildə İraqa ilk rəsmi səfəri olacaq.

 

COP29