Ərdoğan 130 FETÖ-çunun siyahısını Qırğızıstana verdi – “Təcili təslim edilsinlər”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qırğızıstana səfəri zamanı FETÖ məsələsi də gündəmə gəlib.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türk heyəti bu ölkədəki 130 nəfər FETÖ üzvünün təslim edilməsini istəyib. Siyahıda adı keçən 13 nəfərin isə təcili şəkildə təslim edilməsi tələb olunub.

“Türkiyənin əlində Qırğızıstandakı FETÖ qurplaşmasına bağlı 130 nəfərlik ümumi bir siyahı var. Siyahı Qırğızıstandakı səlahiyyətli şəxslərə verilib. Biz bu siyahıda adı hallanan 13 şəxsin təcili olaraq Türkiyə tərəfinə təslim edilməsini istəyirik”,– deyə yüksək rütbəli dövlət mənsubu qeyd edib.

Təhlükəsizlik orqanlarından verilən məlumata əsasən, Qırğızıstandakı əvvəlki idarəçilər FETÖ ilə mübarizəyə kifayət qədər diqqət ayırmayıblar. Terror təşkilatının rəhbərləri də indiyədək ölkədəki sistem boşluqlarından istifadə ediblər.

COP29