Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 1972-ci ildə çəkilən fotosu əldə olunub.
Yenicag.az xəbər verir ki, Ərdoğanın 1971-ci ildə məktəb yoldaşları ilə çəkdirdiyi foto və 44 il əvvəl müəllimi Bektaş Hocaya göndərdiyi açıqca tapılıb.
Foto 1972-ci ildə yanvarın 10-da çəkilib.
Ərdoğanın da iştirak etdiyi komanda 3:1 hesabı ilə Levent Liseyini məğlub edib. Matçdan sonra Ərdoğan da daxil olmaqla şagirdlər müəllimləri, Fevzi Bektaşla xatirə şəkli çəkdiriblər.
1974-cü ildə isə Ərdoğan müəlliminin qurban bayramını açıqca ilə təbrik edib.
Star Tv-də müəllimi Fevzi Bektaşla bağlı xatirələrini bölüşən Abdurrahman Şen bildirib ki, Ərdoğan müəllimin çox istədiyi şagirdlərindən biri idi.
Fevzi Bektaş 1979 Beşiktaşda baş verən bombalı hücum zamanı həlak olub./milli.az/