Ərdoğan 20 Yanvar şəhidlərini andı

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan 20 Yanvar 1990-cı ildə Azərbaycanın azadlığı uğrunda şəhid olanları ehtiramla yad edib.

Yenicag.az xəbər verir ki, Türkiyə prezidenti bununla bağlı “Twitter”də paylaşım edib.

“28 il əvvəl Azərbaycanın müstəqilliyi uğrunda canını fəda edən 20 Yanvar şəhidlərinin ehtiramla yad edirəm. Azərbaycanlı qardaşlarımızın kədərini paylaşıram. Türkiyə olaraq həmişə Azərbaycanın yanında olacağıq”, – deyə o bildirib.

Türkiyə prezidenti paylaşımında Azərbaycan və Türkiyə bayraqlarından və #20Yanvar haştaqından istifadə edib.