Ərdoğan 26 ölkəyə yeni səfirlər təyin etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 26 ölkəyə yeni səfirlər təyin edilməsi ilə bağlı qərar imzalayıb.

Yenicag.az xəbər verir ki, bununla əlaqədar Türkiyənin 4 beynəlxalq təşkilatdakı daimi nümayəndəsi və 22 ölkədəki səfiri geri çağırılıb.

Özbəkistan, Tacikistan, Əfqanıstan, Kuba, Yəmən və sair ölkələrə təyin olunan yeni səfirlər arasında Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Mehmet Güllüoğlunun adı da var./APA/