Ərdoğan: “ABŞ-ın S-400-lərə görə Türkiyəyə təzyiqləri səngimir”

Vaşinqton Rusiyadan S-400 raket kompleksləri almaqda israrlı olan Türkiyəyə qarşı basqıları azaltmır.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşdən əvvəl jurnalistlərə açıqlamasında deyib (“RİA Novosti”).

Ərdoğanın sözlərinə görə, Vaşinqton Türkiyənin S-400 raket komplekslərindən imtina etməsi üçün səylərinə ara vermir:
“Hər kəsə məlumdur ki, ABŞ rəhbərliyi bu məsələ ilə əlaqədar bizə böyük təzyiq göstərir”.

Qeyd edək ki, ötən gün NATO-nun baş katibi Yens Stoltenberq də Türkiyəyə S-400-lərin alternativi olan raketlər təklif edib.

COP29