!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan ABŞ səfərindən əvvəl Bakıya niyə gəlir? - Politoloq rəyi

!Reklam – Yazi

Sentyabr ayının 10-11-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda səfərdə olacaq. Səfər çərçivəsində onu xarici işlər naziri Mövlud Çavuşoğlu və digər nazirlər müşayiət edəcəklər.

Sözügedən səfəri Yenicag.az-a şərh edən politoloq Natiq Mirinin fikrincə, görüş çərçivəsində əsas diqqət iqtisadi məsələlərə yönələcək:

“Ərdoğanın gəlişi əslində, regional səfər kimi dəyərləndirilməlidir. Çünki onun həmin ərəfədə Azərbaycandan öncə Qazaxıstan və digər dövlətlərə də səfəri nəzərdə tutulub. Bu səfər çərçivəsində də Ərdoğan sentyabrın 10-11-ində Azərbaycanda olacaq. Düşünürəm ki, bu səfər Türkiyənin regional geosiyasi və iqtisadi maraqları ilə bilavasitə bağlıdır. Bilirsiniz ki, hazırda Türkiyəyə “müttəfiqlər” çərçivəsində ciddi təzyiqlər var. Avropanın iqtisadi və siyasi baxımdan Türkiyəyə təzyiq edəcəyi gözlənilir. Bu işartılar Almaniya ilə Türkiyə arasında olan münasibətlərin gərginliyində də özünü göstərir. Belə bir zamanda Ankaranın region ölkələri ilə ciddi iqtisadi əməkdaşlığına ehtiyac var ki, Türkiyə iqtisadiyyatı bu kontekstdən zərərlə çıxmasın.

Bu səbəbdən də düşünürəm ki, Ərdoğanın həmin səfəri daha çox iqtisadi əlaqələrin genişlənməsindən ibarət olacaq. Təbii ki, görüş çərçivəsində bir çox geosiyasi məsələlər, eyni zamanda, Dağlıq Qarabağ problemi də danışıqların predmeti olacaq. Çünki Dağlıq Qarabağ cəbhəsində təhlükəli bir vəziyyət yaranıb. Belə bir vəziyyətdə Azərbaycan seçim edır. Həmin seçim anında da təbii ki, Azərbaycan təkbaşına qərarlar verməyəcək. Strateji müttəfiqi olan Türkiyə ilə birgə qərar vermək məcburiyyətindədir. O baxımdan da zənn edirəm ki, bu məsələlər geniş spektrdə əhatəli şəkildə təhlil olunacaq. Fikrimcə, bu səfər yaxın ərəfədə Dağlıq Qarabağ münaqişəsilə bağlı strateji qərarların verilməsilə yadda qala bilər. İndi nəinki Qafqazda, Yaxın Şərq və Ukraynada da vəziyyət gərginləşib. Ona görə düşünürəm ki, bütün bu məsələlər nəzərə alınacaq, Dağlıq Qarabağ münaqişəsi də iki prezident arasında ciddi şəkildə müzakirə predmeti olacaq”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

1267
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv