Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə sərhəddə yerləşən Hatay əyalətinə gedib.
Yenicag.az xəbər verir ki, səfərdə məqsəd Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində apardığı “Zeytun budağı” antiterror əməliyyatı haqda yerindəcə məlumat almaqdır.
Ərdoğanı səfərdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hülusi Akar, baş nazirin müavini Bekir Bozdağ, müdafiə naziri Nurettin Canikli, Quru Qoşunlarının komandanı Yaşar Güler, Hatay valisi Erdal Ata müşayiət edir.
Türkiyə prezidenti səfər çərçivəsində Afrin əməliyyatlarının keçirildiyi və idarə edildiyi hərbi qərargaha baş çəkib, ətraflı məlumat alıb.
Ərdoğanın bu ziyarətindən sonra əməliyyatlar daha da gücləndirilib. Ziyarət sırasında ağır artilleriya Kilisə raket atılan mövqeələrə və YPG-nin qərargahının olduğu mərkəzlərə raketlər buraxılıb.