Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrindən sonrakı hədəfi açıqlayıb.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Ərdoğan Afrindən sonra Mənbicdə də əməliyyatların aparılacağını bildirib:
“Bu gün “Zeytun budağı” əməliyyatının 7-ci günüdür. Hədəflərimizə çatana qədər hərbi əməliyyatları davam etdirəcəyik. Mənbici də terrorçulardan təmizləyəcəyik. Daha sonra İraq sərhədinə qədər əraziləri terrorçulardan xilas edəcəyik. Bu torpaqlarda bir terrorçu belə qalmayacaq”.
Türkiyə prezidenti ölkədəki birlik və bərabərlik abu-havasını da yüksək qiymətləndirib:
“Bir olacağıq, iri olacağıq, diri olacağıq, qardaş olacağıq, birlikdə Türkiyə olacağıq”.