Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Ərdoğan AKP-nin sədri seçilib

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qurucusu olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayında partiyanın sədri seçilib.

Yenicag.Az-ın “APA”-ya istinadən verdiyi məlumata görə, bu il aprelin 16-da qəbul edilən Konstitusiyaya əlavə və dəyişikliklər prezidentə partiya üzvü və partiya sədri olmaq hüququ verib.

Mayın 2-də R. T. Ərdoğan 33 ay sonra yenidən AKP-nin üzvü olub. Bu gün isə R. T. Ərdoğan1414 səslə 998 gün sonra yenidən AKP sədri seçilib.

Qeyd edək ki, Ərdoğan prezident seçilməsi ilə əlaqədar 2014-cü ilin avqustunda AKP üzvlüyündən və partiyanın sədri postundan istefa verib.

Xatırladaq ki, AKP 14 avqust 2001-ci ildə yaradılıb. Partiya 2002-ci il noyabrın 3-də keçirilən parlament seçkilərində qələbə çalaraq hakimiyyətə gəlib. Həmin vaxt məhkəmənin barəsində siyasətlə məşğul olmasının qadağan edilməsinə dair qərarı olduğu üçün R. T. Ərdoğan seçkilərdə iştirak edə bilməyib. Barəsindəki siyasi qadağa aradan qaldırıldıqdan sonra 9 mart 2003-cü ildə Siirtdən deputat seçilib. Bununla əlaqədar 11 mart 2003-cü ildə Abdulla Gül hökuməti istefa verib. R. T. Ərdoğanın rəhbərliyi ilə həmin il martın 14-də yeni hökumət qurulub. AKP sədri olduğu 2002, 2007 və 2011-ci illərdə keçirilən parlament, 2004, 2009 və 2014-cü illərdə bələdiyyə seçkilərində partiyası qalib gəlib.

Yenicag.Az

www.yenicag.az

353
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM