Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyaya səfərə gedib.
Yenicag.az xəbər verir ki, səfər Albaniya Baş nazirinin dəvəti ilə gerçəkləşir.
Qeyd edək ki, Ərdoğanı ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Qurum, gənclik və idman naziri Mehmet Məhərrəm Kasapoğlu, milli müdafiə naziri Hulusi Akar və mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy müşayiət edir.