Ərdoğan: “Almaniya ən amansız şəkildə terrorçulara dəstək verir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkeli ölkə ərazisində terrorçuluğa dəstək verməkdə günahlandırıb.

Yeniçağ.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Ərdoğan televiziyada çıxışında deyib.

“Almaniya ən amansız şəkildə terrorçulara dəstək verir. Biz Almaniyaya PKK və FETÖ terrorçularının 4500 dosyesini göndərmişik, lakin onların hamısı cavabsız qalıb”, – deyə Ərdoğan bildirib.

O, həmçinin Türkiyədə həbs olunan Dəniz Yuceli casus və terrorçu adlandırıb.

Yeniçağ.Az

COP29