Almaniyanın İcirlik hərbi bazasından çəkilmə qərarından sonra ilk dəfə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya səfər edəcək.
Yenicag.az xərici KİV-ə istinadən xəbər verir ki, səfər 7-8 iyul tarixində baş tutacaq.
Qeyd edək ki, Türkiyə və Almaniya münasibətlərinin pisləşməsinə səbəb, Almaniyanın FETÖ-cülərin sığınacaq tələbinə müsbət cavab verməsi, referendum kampaniyası çərçivəsində mitinqlərin keçirilməsinə mane olması kimi amillərdir.