Ərdoğan Amerikaya gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 9-da ABŞ-yə gedəcək. 

Yenicag.az xəbər verir ki, Türkiyə lideri NATO Liderlər Zirvəsində iştirak edəcək.

Prezident sammit çərçivəsində bir çox ikitərəfli görüşlər də keçirəcək.

Qeyd edək ki, NATO Liderlərinin Zirvə Toplantısının ilk günündə 75 illik yubiley proqramı keçiriləcək. Bu proqramda Ərdoğan da iştirak edəcək. O, 32 üzvlü alyansın dövlət və hökumət başçılarının iyulun 10-da keçiriləcək iclasına da qatılacaq. Həmin gün axşam saatlarında liderlər və onların həyat yoldaşları ABŞ prezidenti Co Baydenin Ağ Evdə verdiyi şam yeməyində bir araya gələcəklər.

COP29