!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan: Ankara Afrindəki əməliyyatını ən qısa müddətdə tamamlamasını planlaşdırır

!Reklam – Yazi

Ankara Afrindəki əməliyyatını ən qısa müddətdə tamamlamasını planlaşdırır.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Bursa əyalətində bildirib.

“Afrində quru əməliyyatı davam edir və biz dayanmaq niyyətində deyilik. Bu gün mən öyrəndim ki, terror təşkilatı KCK və Demokratik Xalq Partiyası (DXP) xalqı küçəyə çıxmağa çağırır. İndi onlar Diyarbəkir vilayətində bir qurultay keçirirlər, lakin demək olar ki, heç kim onlara qoşulmayır. Bildirmək istəyirəm ki, biz sizin hər hər addımlarınızı izləyirik və harada olsanız da Türkiyənin təhlükəsizlik qüvvələri sizləri təqib edəcək”, – deyə, Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə sərhəd bölgələrinə hücum edənlərə qarşı əməliyyat keçirir və bu, ölkənin milli mövqeyidir.

“İnsanları küçəyə çağıran KCK və Demokratik Xalq Partiyası, Türkiyəni içəridən vurmağa çalışır. Türkiyə dağlarda terrorçuları məhv edir və eyni şəkildə KCK və DXP-nidə təqib edəcək”.

www.yenicag.az

1489
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv