Rəcəb Tayyib Ərdoğanın qatıldığı verilişin aparıcısı sosial şəbəkə istifadəçilərinin tənqid obyektinə çevrilib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Türkiyə prezidenti TRT-də yayımlanan “Prezident Özəl” verilişində Pelin Çift və Fatih Ərin suallarını cavablandırıb. Verilişdə Ərdoğan və Pelin Çift arasında maraqlı dialoqlar olub. Belə ki, aparıcının mövzudan xəbərsiz olması prezidentin diqqətindən yayınmayıb.
Ərdoğan bir çox vilayətdə şəhər xəstəxanaları açdıqlarını bildirib. Ardınca isə Pelin Çiftə həmin xəstəxanalarda olub-olmadığını soruşub. Aparıcı anasının səhhəti ilə əlaqədar olaraq Göztəpədə yerləşən xəstəxanaya getdiyini söyləyib. Türkiyə prezidenti onun yalanını çıxararaq həmin xəstəxananın şəhər xəstəxanası olmadığını bildirib.
Sözügedən dialoq sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. Onlar ətraflı məlumat yığmadan prezidentin qarşısına çıxan aparıcını sərt ifadələrdə tənqid ediblər.
Həmin videonu təqdim edirik: