Ərdoğan Avropadan 3 əsas məsələnin həllini tələb edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropadan 3 əsas məsələnin həllini tələb edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-ın “Foreign Policy” qəzeti məlumat yayıb.

Bildirilir ki, Ərdoğan Serbiya ilə Kosovo arasındakı gərginlikdə mühüm rol oynamaq istədiyini göstərib:

“Bölgədə sabitliyin təminatı üçün lazımi addımları atan Türkiyə lideri, Avropa Birliyinə (AB) təsir etmək üçün qeyri-qanuni miqrasiya keçidlərinin qarşısını almağa da davam edəcək.

Ərdoğanın AB üçün etdiklərinin qarşılığında istəyəcəyi əsas məsələlər isə bunlar olacaq: Türkiyənin artıq demokratik olmadığına dair ittihamlara son qoyulması, Türkiyə kapitalının Avropa bazarlarına daxil olması və ölkə vətəndaşlarının Şengen zonasına vizasız gediş-gəlişi”./axar.az/

COP29