Ərdoğan Azərbaycan-Ermənistan sülhündən DANIŞDI

“Məsələ millətimizin təhlükəsizliyidirsə, biz heç bir təhlükə qarşısında boyun əymərik”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Efes-2024 hərbi təlimlərinin açılış mərasimi zamanı deyib.

Türkiyə lideri qeyd edib ki, ölkəsi bütün imkanları ilə qonşularının yanında olacaq: “Biz Əfqanıstandan Somali və Sudana qədər sülh və əmin-amanlığın hökm sürməsi üçün işimizi davam etdiririk. Biz bu ölkələrin təhlükəsizliyini öz ölkəmizin təhlükəsizliyindən ayrı saxlamırıq. Azərbaycanla Ermənistan arasında sülh pəncərəsi puça getməməlidir”.

COP29