!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan Azərbaycan Ordusunu təbrik etdi: “Bu zəfər bizi qürurlandırdı”

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək Türk əsgərlərinə və Azərbaycan Ordusunun şəxsi heyətinə xitab edib.

Yenicag.az xəbər verir ki, Ərdoğan Azərbaycan Ordusunun əldə etdiyi zəfərin Türkiyəni də qürurlandırdığını bildirib.

Ərdoğan Azərbaycan Ordusuna müraciət edərək, “Can Azərbaycanın prezidenti İlham Əliyev qardaşımın liderliyi ilə 44 gündə dastana bənzər bir zəfərə imza atdınız. Dağlıq Qarabağı və işğal altındakı Azərbaycan toraqlarının işğaldan azad edilməsi mübarizəsində əldə etdiklərə zəfərə görə Azərbaycan Ordusunu təbrik edirəm. Bu zəfər Azərbaycanlı qardaşlarımız kimi bizi də sevindirdi və qürurulandırdı”, – dedi.

Monitorinq Mərkəzində xidmət edəcək türk hərbçilərə də müraciət edən Ərdoğan, “Sizin oradakı varlığınız ölkələrimiz arasındakı münasibətlərin gəldiyi nöqtəni göstərən qürur naşanəsidir. Türkiyə olaraq hərbi zəfərini diplomatik uğurla taclandıran Azərbaycanın mübarizəsini sahədə və bütün beynəlxalq platformalarda dəstəkləyirik. Atəşkəsi izləmək üçün qurulacaq mərkəzin bir an öncə fəaliyyətə başlamasını təmənne edirəm. Silahlardakı tüstülər dağılmamış atəşkəsi pozan Emrənistan qüvvələrinə bir an əvvəl bu yanlış yoldan dönmələrini tövsiyyə edirəm. Türk əsgəri “Ölsəm şəhid, sağ qalsam qazi” inancı ilə ölkəmiz və dünyanın dörd bir yanında, başda da Azərbaycan olmaqla vəzifəsinin öhdəsindən müvəffəqiyyətlə gələcək. Azərbaycandakı siz dəyərli əsgərlərimizə bir daha səmimi salamlarımı çatdırır, yeni ilinizi təbrik edirəm”, – deyə qeyd edib.

www.yenicag.az

885
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv