“Azərbaycanlı qardaşlarımızın Qəhrəmanmaraşda inşa etdirdiyi binaların tikintisi davam edir. Bu binalara aramızdakı sarsılmaz qardaşlıq bağlarının rəmzi kimi baxırıq”.
Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ermənistanla Azərbaycan arasında birbaşa danışıqları müsbət qarşıladıqlarını bildirən Ərdoğan, “Azərbaycanlı qardaşlarımız sülh istəyən tərəf olduğunu bu günə qədər dəfələrlə göstərdilər. Eyni davranışı Ermənistandan da gözləyirik.
Türkiyə olaraq davamlı sülhün əldə edilməsi üçün əlimizdən gələni edəcəyik”, – deyə qeyd edib.