Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Ərdoğan Azərbaycana gəlir

Reklam: High Technic

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir sıra ölkələrə səfəri gözlənilir.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, prezident İordaniya kralı II Abdullah Haşiminin dəvəti ilə, 21 avqust tarixində İordaniyaya rəsmi səfər edəcək. Səfər çərçivəsində iki ölkə arasındakı ikitərəfli əlaqələr müzakirə olunacaq, o cümlədən, iqtisadi məsələlər də diqqətdə saxlanılacaq. Fələstin başda olmaqla, regional inkişaf məsələlərinin müzakirə olunacağı görüşdə Suriya, İraqla qonşu olan Türkiyə və İordaniyanın regionda sülh və sabitliyin təmin edilməsi istiqamətində birlikdə görüləcək işlər barədə də danışıqlar aparılacaq.

Həmçinin, Ərdoğanın 8-10 sentyabr tarixlərində Qazaxıstana, 10-11 sentyabrda Azərbaycana, 19-25 sentyabr tarixlərində isə Nyu-Yorkda keçiriləcək BMT Baş Məclisinin toplantısında iştirak etmək üçün ABŞ-a səfəri planlaşdırılır.

Yenicag.az

www.yenicag.az

326