!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan Bakıda rəsmi səfərdədir - FOTO - VİDEO

!Reklam – Yazi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

***

11:06

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfər üçün Azərbaycana gəlib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı Əsənboğa hava limanından yola düşərək Heydər Əliyev beynəlxalq havalimanına eniş edib.

Prezidenti parlamentin müvəqqəti sədri Durmuş Yılmaz, prezident köməkçisi Fuad Oqtay, Ankara valisi Ərcan Topaca yola salıb.

Bildirilir ki,  Türkiyə prezidenti Azərbaycandan sonra Şimali Kiprə gedəcək.

Qeyd edək ki, bu, Rəcəb Tayyib Ərdoğanın prezident seçildikdən sonra ilk səfəridir.

www.yenicag.az

1992
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv