Ərdoğan Azərbaycanda aktual olan məsələdən danışdı: “Son FETÖ-çü hesab verənə qədər…”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra xalqa müraciətində 15 iyul 2016-cı ildə həyata keçirilən dövlət çevrilişinə cəhddən danışıb.

Yenicag.az xəbər verir ki, Ərdoğan “Fətullahçı” terror təşkilatı (FETÖ) tərəfindən həyata keçirilən 15 iyul hadisələrinin ölkənin işğalına cəhd olduğunu bildirib.

Ərdoğan: “Son FETÖ-çü hesab verənə qədər bu terror təşkilatı ilə mübarizəmizi sonadək davam etdirəcəyik”, – deyə qeyd edib.

Xatırladaq ki, Azərbaycanda da FETÖ ilə əlaqədə şübhəli bilinən şəxslər saxlanılıblar.