Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral Slovakiyaya səfir göndərilib. Yenicag.az xəbər verir ki, bununla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq qərarı “Resmi Gazete”də dərc olunub.Qərara əsasən, Türkiyə Tunis və Şimali Makedoniyaya da yeni səfirlər təyin edib.Qeyd edək ki, 2016-2021-ci illərdə Bakıda səfir olan Özoral Azərbaycanda II Qarabağ müharibəsi dövründəki aktiv fəaliyyəti ilə yadda qalıb.