Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”u təsdiqləyib.
Yenicag.az xəbər verir ki, bu barədə “Resmi Gazete”də qeyd edilir.
Qərar imzalandığı gündən qüvvəyə minib.
Müvafiq sənəd 2021-ci il 19 fevralında Ankarada imzalanıb.