Ərdoğan Bakı səfərinin təfərrüatı bəlli oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya gözlənilən səfərinin proqramı məlum olub.

Yenicag.az-a daxil olan məlumata əsasən, prezident Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının toplantısında iştirak edəcək. Toplantıdan sonra Ərdoğanın başqa tədbirlərə qatılması da planlaşdırılır.