Ərdoğan Bərzaniyə yerini göstərdi: “O, bayrağınızı endirin”

Kərkük orada yaşayan türkmən, ərəb və kerd varsa, birlikdə hamısınındır”.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan bu gün Zonquldaqda açılış mərasimindəki çıxışında Kərkükdə İraq-Kürd muxtariyyatı bayrağının asılmasına sərt münasibət bildirib.

Türkiyə prezidenti İraq kürd muxtariyyatı rəhbərliyindən o bayraqların endirilməsini tələb edib:
“Fərat qalxanı” ilə oyunu pozduq. Biz indi yeni planın astanasındayıq. Kərkükdə dövlət bayrağından başqa bir bayrağın asılmasının qəti şəkildə əleyhinəyəm. O bayrağın sahibləri bilsinlər ki, bölücülüklə məşğul olurlar. Mən İraq-Kürd muxtariyyatı rəhbərliyinə səslənirəm:
Bu səhvi təcili düzəldin. İraq rəhbərliyi də bu mövqedədir. Çünki “Kərkük kürdlərindir” xülyasına uymuruq. Kərkük orada yaşayan türkmən, ərəb və kerd varsa, birlikdə hamısınındır. O bayraqları çıxarın. Belə bir iddiaya düşməyin, yoxsa, bunun cəzası ağır olar. Əks halda, bura qədər irəlilədiyiniz nöqtədən geri addım atmalı olarsınız”.

Yeniçağ.Az