Ərdoğan beşinci dəfə baba olub

erdogan89Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan beşinci dəfə baba olub.

Ərdoğanın dünyaya gələn beçinci oğlan nəvəsi qızı Əsranın 3-cü övladıdır.

Əsra-Berat Albayraq cütlüyünün 10 yaşında Ahmet Akif və 6 yaşında Mahinur adlı iki övladları var.

Beşinci dəfə nəvə sahibi olmanın xoşbəxtliyini yaşayan Türkiyənin birinci xanımı Əminə Ərdoğan Sakaryada qatıldığı proqramın çıxışında jurnalistlərin təbriklərini qəbul edib. O, çox xoşbəxt olduqlarını dilə gətirib.

Qeyd edək ki, prezidentin kürəkəni Berat Albayraq Türkiyənin energetika və təbii ehtiyatlar naziridir.(Aznews)