Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ərdoğan: “Bizim regionda müharibə ABŞ və Rusiyanı yox, Türkiyəni təhdid edir”  

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İŞİD-ə qarşı ən effektli mübarizəni məhz ölkəsinin apardığını deyib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Ərdoğan bu barədə Çinə səfərdən əvvəl keçirtdiyi brifinqdə danışıb:

“Terrora qarşı mübarizə davamlı olacaq və İŞİD, PKK, PYD və YPG kimi təşkilatları əhatə edəcək”.

Ərdoğan bu məsələdən danışarkən diqqəti ABŞ-ın Suriya siyasətində yol verdiyi səhvlərə yönəldib:

“Hazırda ABŞ öz siyasətində keçid dövrünü yaşayır. Buna görə də biz diqqətli və ayıq olmalıyıq”.

Prezidentin sözlərinə görə, Ankara-ABŞ özünün Suriya siyasətinə, o cümlədən terrorçu PKK-nın Suriya qanadı olan YPG-ni silahlandırmaq məsələsinə yenidən baxacaq:

“Söhbət ağır silahlardan gedir. Türkiyənin əlində o cür silahların göndərilməsini təsdiqləyən sənədlər var. Prinsipcə, bunu ABŞ da inkar etmir. Bu, Türkiyə ilə ABŞ arasındakı strateji tərəfdaşlıq münasibətinə də ziddir. Biz bunu istəmirik və həmin məsələləri müzakirə edəcəyik”.

Ərdoğan Türkiyə nümayəndə heyətinin qeyd olunan məsələlərlə bağlı ABŞ-da müzakirələr apardığını vurğulayıb:
“Artıq biz ən yüksək səviyyədə görüş keçirəcəyik. Donald Trampla görüşümüz bır sıra məsələlərə aydınlıq gətirəcəyindən, bu görüş Türkiyə üçün çox əhəmiyyətlidir”.

Regiondakı vəziyyətdən danışan Ərdoğan bildirib ki, indiki situasiyada əsas təhdid Türkiyəyə qarşı yönəlib:

“Bizim region ABŞ və Rusiya üçün təhlükə deyil. Təhdid altında olan Türkiyə və region ölkələrinin xalqlarıdır. Əgər Türkiyənin maraqları təhlükə altındadırsa, başqa dövlətlərin fəallığının səbəbi nədir? Əgər ABŞ NATO üzrə müttəfiqi olan Türkiyəyə yardım etmək istəyirsə, fərqli addımlar ata bilərdi.
Terrorçuları dəstəkləmək ABŞ-a yaraşmır. Hesab edirik ki, bu, Vaşinqton üçün layiqli mövqe deyil”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü mayın 16-da baş tutacaq.

Yeniçağ.Az

www.yenicag.az

423
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100