!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan: "Bizimlə bir yerdə olanlar qazanar"

!Reklam – Yazi

“Bizimlə bir yerdə yol gedənlər qazanar, qarşı olanlar isə uduzar”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Abdülhamid Han” dördüncü qazma gəmisinin suya salınması mərasimindəki çıxışında deyib.

“Ölkəmizdə 135 il əvvəl ilk neft yatağının tapıldığı yer İsgəndərun şəhəri olub. Bu dəfə də “Abdulhamid Han” gəmisini quyuya yollayacağıq. Bu, ilk addımdır. Millətimizin duası ilə “Abdülhamid Han” gəmimiz uğurlar qazanacaq. Sizdən də xeyirli xəbərlər gözləyirik. Gəmi başqa quyulara da gedəcək. İşlər neft tapanadək davam edəcək. Gəmilər Aralıq dənizində, öz ərazimizdədir. Bunun üçün kimdənsə icazə almayacağıq. Onlar dənizdə “Abdülhamid Han” gəmisi ilə qarşılaşsalar milli mücadiləni xatırlaycaqlar. Bizim vəzifəmiz haqqımızı tapdatmamaq, kimsənin haqqını tapdamaqdadır. Öz göbəyimizi özümüz kəsəcəyik.

Parisdən bizə qəzəl oxuyanlarla mücadiləmizi davam etdirəcəyik. Son dönəmdəki hadisələrin inkişafına baxmaq kifayətdir. Bizimlə bir yerdə yol gedənlər qazanar, qarşı olanlar isə uduzar”, – Ərdoğan vurğulayıb.

www.yenicag.az

409
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv