Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan BMT Baş Assambleyasında çıxış edib.
Yenicag.az xəbər verir ki, Ərdoğan Cənubi Qafqazdakı problemlərə diqqət çəkib:
“Cənubi Qafqazda Azərbaycan və Gürcüstanın torpaq bütövlüyünün təmin edilməsi regional sabitliyin açarıdır. Buna görə də, Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya münaqişələrinin həlli üçün səylərimizi gücləndirməliyik”.