Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-də BMT-nin 78-ci plenar iclası çərçivəsində bir sıra rəsmi görüşlər keçirəcək.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, prezident sentyabrın 16-20-də ABŞ-nin Nyu-York şəhərində səfərdə olacaq.
Ərdoğan sentyabrın 19-da BMT kürsüsündə çıxış edəcək./report