Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən Yenicag.az-ın yerli bürosuna verilən məlumata görə, telefon danışığı zamanı Suriya və Sudandakı son hadisələr müzakirə edilib.
Ərdoğan BMT-nin Suriyaya transsərhəd humanitar yardım proqramının iyul ayında yenidən uzadılmasının önəminə diqqət çəkib.
Bundan başqa, Ərdoğan Sudandakı hadisələrlə bağlı qarşıdurma baş verən tərəflərlə dialoq qura bilən ölkə kimi tərəfləri sülh danışıqlarına dəvət etmək və anlaşmazlıqları çözmək üçün BMT ilə əməkdaşlıq və ev sahibliyi etməyə hazır olduqlarını bildirib.