Ərdoğan Böyük Britaniya kralı ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya Kralı III Çarlz ilə telefon danışığı aparıb.

Yenicag.az xəbər verir ki, bu haqda Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, danışıq zamanı Türkiyə-Birləşmiş Krallıq əlaqələri müzakirə edilib.

Prezident Ərdoğan iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqliyə əsaslanan münasibətlərin, bir çox sahələri əhatə edən güclü əməkdaşlığın yeni dövrdə də inkişaf edəcəyinə inandığını bildirib.