Ərdoğan Brüsseli qana bulayan terrorçu ilə bağlı şok gerçəyi açıqladı

 

erdddDünya terrorun şokundadır. Brüsseldə baş verən ard-arda partlayışlardan sonra dünya liderləri məsələ ilə bağlı münasibətlərini açıqlayırlar. Yenicag.az xəbər verir ki, bu barədə ən sensasiyalı açıqlama Türkiyə prezidenti Ərdoğandan gəlib.

Türkiyə prezidenti Brüssel terrorunu törədənlərdən birini keçən il Qaziantep şəhərində yaxalayaraq, deport etdiklərini bildirib: “Bu şəxsi ölkədən xaric etdiyimizi və terrorçu döyüşçü olduğunu Brüsselə diplomatik kanallarla bildirmişik. 14 iyul 2015-ci ildə Belçikanın Ankaradakı səfirliyinə də yazılı şəkildə bildirilib. Fəqət bizim xəbərdarlığımıza rəğmən Belçika bu şəxsin terrorçularla əlaqəsini təsbit edə bilmədiyindən şəxsi həbs etməyiblər”.

Hər cür terrora qarşı olduqlarını bildirən Ərdoğan Rumıniya prezidenti İohannis ilə keçirdiyi mətbuat konfransında bunları söyləyib. Prezident qeyd edib ki, həmin şəxsi istəyi üzrə Hollandiyaya deport ediblər və həm Belçika, həm də Hollandiya bu şəxslə bağlı məlumatlandırılıb.

Türkiyə Xarici İşlər Nazirliyi isə həmin terrorçunun adını açıqlayıb: İbrahim əl-Bakravi.

Ərdoğan dünyanın terror məsələsində də ikili siyasət yürütdüyünü deyərək, Brüssel terroru üçün yas tutub, Türkiyənin yaşadığı terrora fərqli münasibət sərgiləyən ABŞ başda olmaqla, qərb dövlətlərini qınadı.

Yenicag.az

COP29