Ərdoğan bu gün BƏƏ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Dövlət başçısı Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün bu ölkəyə səfər edir.

Sammit çərçivəsində bir sıra dünya liderləri ilə görüş keçiriləcək, ikitərəfli əlaqələr xüsusilə Qəzzadakı son vəziyyət müzakirə ediləcək.