G-20 sammitində iştirak edən Türkiyə dövlət başçısı Rəcəb Tayyip Ərdoğan cəsədi Bodrum sahilində tapılan azyaşlı ilə bağlı çıxış edib.
Yenicag.az xəbər verir ki, G-20 sammitində 60 ölkədən nümayəndə, o cümlədən iş adamları və biznesmenlər iştirak ediblər.
Qeyd edək ki, Türkiyədən Yunansıtan üzən suriyalı miqrant qayığının batması nəticəsində ölənlərin cəsədləri Bodrum sahillərinə qədər gəlib çıxdı.
“ 3 yaşlı körpə cəsədi Türkiyə sahilləriə gəlir. Bu uşaq ölümünün hesabını bütün dünya verəcək. Aralıq dənizdə yalnız miqrantlar boğulmadı. Həm də bizim insanlığımız boğuldu”.-deyə Ərdoğan bildirib.
Terror mübarizədən danışan Türkiyənin dövlət başçısı bütün dünyanın bu barədə diqqətli olmağa çağırıb. Sammitdə həmçinin iqtisadi sferada da müzakirələr aparıldı.