Türkiyə prezidenti, AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəli qəbul edəcək.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Görüş Bakı vaxtı ilə saat 17:00-da AK Partiya Ümumi Qərargahında baş tutacaq.
Görüşdə yeni konstitusiya işlərinə əlavə olaraq iqtisadiyyat, iş həyatında baş verənlər və İsrailin Qəzzada törətdiyi qırğınların müzakirə ediləcəyi gözlənilir. Görüşün saat 16.00-da keçirilməsi planlaşdırılır./unikal