Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın Baş naziri Boris Conson arasında görüş baş tutub.
Yenicag.az xəbər verir ki, görüş NATO-nun Madrid sammiti çərçivəsində gerçəkləşib.
Mətbuata qapalı keçirilən görüşdə hansı məsələlərin müzakirə edildiyi açıqlanmayıb.
Görüşdən yayımlanan fotolar isə gündəm olub. Şəkillərdə Consonla Ərdoğanın oturuş tərzləri diqqət çəkib.