Bu gün Türkiyə parlamentində gərgin anlar yaşanıb.
Yenicag.az xəbər verir ki, Böyük Millət Məclisinin 98-ci ili münasibətilə keçirilən iclasda Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatları arasında mübahisə düşüb. Belə ki, CHP-ci Özgür Özelin 15 iyul hərbi çevrilişə cəhdlə bağlı qarşı tərəfə ittihamları AKP üzvlərini özündən çıxarıb.
Nəticədə prezident Rəcəb Tayyib Ərdoğan baş verən qalmaqala görə əsəbləşərək TBMM-i tərk edib.