!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan: "Dəyərli dostum İlham Əliyevə təşəkkür edirəm"

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevə təşəkkür edib.

Yenicag.az xəbər verir ki, bu barədə Ərdoğan rəsmi “Telegram” kanalında yazıb.

Türkiyədə baş verən meşə yanğınları ilə bağlı dəstək verən ölkələrə təşəkkür etdiyini bildirən Ərdoğan Azərbaycan, Rusiya və İspaniyanın adını xüsusilə çəkib.

“İlk andan etibarən dəstəklərini əsirgəməyən Can Azərbaycanın prezidenti, dəyərli dostum İlham Əliyevə, Rusiya prezidenti Vladimir Putinə. İspaniya Baş naziri Pedro Sançezə ölkəm adına təşəkkür edirəm”, – deyə Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti təşəkkür mesajında Ukrayna, Qətər və İranın da adını çəkib.

www.yenicag.az

610
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv