Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi arasında telefon danışığı baş tutub.
Yenicag.az xəbər verir ki, Ərdoğan əl-Mənfiyə ölkədə baş verən sel fəlakəti nəticəsində tələfatın olmasına görə başsağlığı verib.
O, Türkiyə xalqının hər zaman Liviyanın yanında olduğunu, ölkəsinin yardımlarını davam etdirəcəyini bildirib.