Ərdoğan əməliyyat aparacağıq dedi – ABŞ əsgəri bu bölgədən də çıxdı

Türkiyənin Şimali Suriyada hərbi əməliyyatlara başlaması ilə əlaqədar bölgədən çıxan ABŞ ordusu daha bir ərazini boşaldıb. 

Yenicag.az xəbər verir ki, Hasake bölgəsində olan 160 ABŞ əsgəri ərazini tərk edib.

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında burnın da terror ünsürlərindən təmizlənəcəyi barədə bildirib.

Geri çəkilən əsgərlərin İraq tərəfə yerləşdirildiyi bildirilib.

Bundan əvvəl ABŞ hakimiyyəti Türkiyənin əməliyyat qərarından sonra minə yaxın əsgərin Tabqa, Aynisa, Kobani, Rəsulayn, Telabyad və Tıltəmir bölgələrindən çıxarılması barədə göstəriş verib.

Qeyd edək ki, “Barış Pınarı”nın əsas məqsədi 480 km ərazidə formalaşdırılan terror xəttini ikiyə parçalamaqdır.

Həşim Səhrablı