Ərdoğan ərəb ölkələrinə səfərə gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 12-15 fevral tarixlərində bir neçə ərəb ölkəsinə səfər edəcək.

Səfər Bəhreyn, Səudiyyə Ərəbistanı və Qətərə baş tutacaq.

Bu ölkələrin rəhbərləri ilə görüş zamanı ikitərəfli münasibətlər, enerji, investisiya və ticarət, eləcə də regional problemlər və terrorizmlə mübarizə tədbirlərinin müzakirəsi gözlənilir.

Yenicag.az