!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan: "Ermənistan Qafqazda sülhün əldə olunması yolunda ən böyük maneədir!" - VİDEO

!Reklam – Yazi

Londona rəsmi səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünyanın əsas beyin mərkəzlərindən birində çıxış edib.

Yenicag.az bildirir ki, “Chatham House” institutunda çıxışı zamanı Ərdoğan Ermənistanı Qafqaz regionunda sülhün əldə olunmasına qarşı ən böyük maneə adlandırıb.

“Qafqazda və Mərkəzi Asiyada sülhün inkişafı və çiçəklənməsi üçün Türkiyə istənilən təşəbbüsü dəstəkləməyə hazırdır. Regiondakı müsbət proseslərin fonunda tək problematik ölkə Ermənistandır. Biz bu ölkədən, onun rəhbərliyindən sülhün möhkəmlənməsinə və təhlükəsizliyə yönəlik dərrakəli, səmərəli qərarlar gözləyirik”. – deyə Türkiyə prezidenti davam edib.

Zaur H.

www.yenicag.az

1912
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv