Ərdoğan: “Əsgərlərimizi NATO təlimlərindən geri qaytardıq”

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan əsgərlərin Norveçdə keçirilən NATO təlimlərindən geri qaytarıldığını söyləyib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, təlimlər zamanı “düşmən tablosu” adı altında bir tərəfdə Atatürkün, digər tərəfdə isə Ərdoğanın adı yazılıb.

Türkiyə prezidenti partiyasının iclasında çıxış edərək, ABŞ-ın planlarından xəbərdar olduqlarını söyləyib:

“Amerikanın bu təşkilatlar vasitəsilə həyata keçirtdiyi ssenarinin fərqindəyik. İttifaq başqa bir şeydir, ancaq müttəfiqliyə sığmayan hərəkətlər etmək tamam ayrı məsələdir. Üzrlü hesab etsinlər, səhvləri deyəcəyik. Son olaraq da, dünən Norveçdə bir hadisə baş verdi. Düşman tablosu adlı bir lövhə qoyublar, bir tərəfdə Atatürkün, bir tərəfdən də mənim adımı yazıblar. Xəbər gələndə Avropa İttifaqı üzrə nazir və Baş Qərargah rəisilə Kanadaya səfər edirdik. Bu da NATO təlimidir. 40 əsgərimiz təlimlərdə iştirak edirdi. Biz də əsgərlərimizi geri qaytarmağa qərara aldıq. O hədəf ordan götürülsə belə, 40 əsgərimiz geri qayıtmalı idi”.

COP29