“Türkiyənin məzlumlarla həmrəy olması zalımları narahat edir”.
Yenicag.az xəbər verir ki, buu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti toplantısından sonra təşkil olunan mətbuat konfransında deyib.
O, Fələstində də zülmün məğlub olacağını bildirib:
“61 illik BƏƏS zülmü və 13 illik qətliamdan sonra Suriyada iman və səbr qalib gəldiyi kimi, Fələstində də ədalət günəşi zülmün qaranlığını dəlib keçəcək”.